realxeber.org

TƏCİLİ! Azərbaycanda DAHA BİR QADAĞA LƏĞV EDİLDİ - Dövlət qurumu AÇIQLADI

25-06-2021, 11:14

TƏCİLİ! Azərbaycanda DAHA BİR QADAĞA LƏĞV EDİLDİ - Dövlət qurumu AÇIQLADI

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Ukraynanın Vinnitsa vilayətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələbləri nəzərə alınmaqla, agentlik Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana idxal olunan bütün növ diri quş və quşçuluq məhsullarının idxalına 2020-ci il aprelin 16-dan tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 125}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]