realxeber.org

"Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil" - Levon Ter-Petrosyan

16-06-2021, 11:42

"Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil" - Levon Ter-Petrosyan
“Azərbaycandan heç bir təhlükə yoxdur, sülh var, rus qoşunları oradadır, müharibə mümkün deyil. Ancaq proses Türkiyə və Azərbaycanla razılığa gəlməyə xidmət etməlidir. İki qonşu əbədi düşmən ola bilməz, varlığımızı təhlükəyə atırıq".

Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin baş nazir vəzifəsinə namizədi Levon Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin həlli Ermənistandan asılı deyil.

“Məsələnin necə həll ediləcəyini bilmirəm. Bu artıq bizdən asılı deyil! Bitdi. Heç bir erməninin Qarabağ məsələsini həll edə biləcəyini söyləməsini gözləməyin. Belə bir şey yoxdur. Bu, bir xəyaldır".

Ter-Petrosyan Rusiyanın Ermənistana qarşı öhdəliklərini yerinə yetirmədiyi üçün ölkənin qərblə əməkdaşlıq etməli olduğu ifadələrinə də münasibət bildirib:

“Bunlar qətiliklə dövlətçilik haqqında heç bir fikri olmayan insanların sözləridir. Bunu etsələr, onsuz da çətin olan vəziyyətimizi daha da çətinləşdirəcəklər. Bundan yaxşı bir şey gözləməyin".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 106}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]