realxeber.org

Prezident İlham Əliyev yeni sədr təyin edib - SƏRƏNCAM

16-06-2021, 10:24

Prezident İlham Əliyev yeni sədr təyin edib - SƏRƏNCAM

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinə sədr təyin edilib.

REALXEBER.ORG "Report"a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Saməddin Əsədova həvalə olunub. O, bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos"un bazasında yaradılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]