realxeber.org

Təhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdi

12-06-2021, 13:53

Təhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdi

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.

Təhsil Nazirliyindən REALXEBER.ORG-a verilən məlumata görə, müsabiqədə uğur qazanan 1 841 nəfərdən 1 456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib.

Elektron ərizələr emal edildikdən sonra 1 448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib.

Növbəti mərhələdə namizədlər 18 iyun saat 18:00-dək şəxsi səhifələrində qeyd olunan sənədləri və çıxarışı müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməli, daha sonra şəxsi səhifələrini yoxlayaraq çıxarışın təsdiq olunduğundan əmin olmalıdırlar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 87}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]