realxeber.org

Müharibə niyə 19 oktyabrda dayandırılmayıb? – Qasparyan SİRLƏRİ AÇDI

12-06-2021, 13:46

Müharibə niyə 19 oktyabrda dayandırılmayıb? – Qasparyan SİRLƏRİ AÇDI

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi olmuş Onik Qasparyan müharibənin niyə 19 oktyabrda, rəsmi İrəvan üçün müqayisəedilməz dərəcədə əlverişli şərtlərin olduğu bir vaxtda dayandırılmaması ilə bağlı bəzi məqamlara toxunub.

REALXEBER.ORG “Sputnik”ə istinadən xəbər verir ki, Qasparyan bu məsələdə Paşinyanı günahlandırıb:

“Bəzi məsələlər var ki, biz o sirrləri açsaq, dövlətimizin mənafeyinə ciddi ziyan dəyəcək. Mənasız ittihamlar səsləndirmək əvəzinə hərtərəfli araşdırma aparmaq və məğlubiyyətdə payı olan hər bir günahkar simanı müəyyənləşdirmək lazımdır”.

Qasparyan əlavə edib ki, çox çətin şərtlərlə razılaşma vəziyyətin hərtərəfli qiymətləndirilməsi nəticəsində əldə edilib: “Biz çox pis nəticə ilə faciə arasında seçim etməli idik. Birincini seçdik”-deyə o vurğulayıb.

Digər tərəfdən Onik Qasparyan Paşinyana xitabən bunları deyib: “Niyə müharibə 19 oktyabrda yekunlaşmadı, hansıki bizim üçün nisbətən yaxşı şərtlərlə nəticələnə bilərdi. İnanıram ki, bir gün ermənilər onları narahat edən sualların cavabını alacaqlar” – deyə sabiq Baş Qərargah rəisi fikirlərini yekunlaşdırıb
.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 67}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]