realxeber.org

COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var

12-06-2021, 06:59

COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var

Amerikalı alimlər COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsir göstərə biləcək mexanizm müəyyən ediblər.

REALXEBER.ORG “İnterfax”-a istinadən xəbər verir ki, alimlər süni intellektlə Altsheymer xəstəliyi və COVID-19 xəstələrinin məlumatlarını öyrəniblər.

Onlar SARS-CoV-2 və Altsheymer xəstələrinin genləri və zülalları ilə bir neçə nevroloji xəstəliklə əlaqəli olan gen və zülallar arasındakı yaxınlığı ölçüblər.

Tədqiqatçılar SARS-COV-2-nin beyin toxumalarına və hüceyrələrə yoluxmasına imkan verən genetik faktorları da təhlil ediblər:

“Bu məlumatlar virusun beyindəki neyroinflamasiya və mikrovaskulyar zədələnmələrdə iştirak edən bir neçə geni və ya yolu hədəf alacağını göstərir ki, bu da Altsheymer bənzər koqnitiv pozğunluğa səbəb ola bilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 58}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]