realxeber.org

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)

10-06-2021, 11:06

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)

Yardımlı rayonunda Vətən müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlıya vəzifə verilib.

REALXEBER.ORG xəbər verir ki, bu barədə Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərov feysbukda bildirib.

Onun sözlərinə görə, rayonun Ostayır kənd sakini A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 42}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
(+99450) 339-83-80(whatsapp)
Email: [email protected]