realxeber.org

SON DƏQİQƏ! Hava ilə bağlı əhaliyə təcili xəbərdarlıq edildi

5-06-2021, 10:18

SON DƏQİQƏ! Hava ilə bağlı əhaliyə təcili xəbərdarlıq edildi
Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 58}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
(+99450) 339-83-80(whatsapp)
Email: [email protected]