realxeber.org

SON DƏQİQƏ! Azərbaycanda səhər saatlarında dəhşət: Ölən və yaralılar var

18-05-2021, 10:13

SON DƏQİQƏ! Azərbaycanda səhər saatlarında dəhşət: Ölən və yaralılar var

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

REALXEBER.ORG
-un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib.

Qəza zamanı daha 3 nəfər - Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.[/justify]

08:08
Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

REALXEBER.ORG-un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 191}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]