realxeber.org

Rüstəm Muradov Qarabağdan gedir -Nələr BAŞ verir?

13-05-2021, 11:29

Rüstəm Muradov Qarabağdan gedir -Nələr BAŞ verir?

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

REALXEBER.ORG Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleksey Avdeevin təyin olunması gözlənilir.

Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.

Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, Muradov Ermənistan hakimiyyətinin diversantların qaytarılması ilə bağlı yalan məlumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 88}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]