realxeber.org

Azərbaycanda mikroavtobusla evakuator toqquşub, ölən var...

7-05-2021, 10:25

Azərbaycanda mikroavtobusla evakuator toqquşub, ölən var...

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REALXEBER.ORG APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Kamal oğlu Səmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi "evakuator"un arxa hissəsinə çırpılıb.

Nəticədə sürücü E.Səmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1989-cu il təvəllüdlü Şamil Telman oğlu Bağırov hadisə yerində ölüb.

Hadisə nəticəsində evakuatorun apardığı Qazax rayon sakini, 1973-ci il təvəllüdlü Rövşən Cavad oğlu Əhmədova məxsus "Vita" markalı avtomobilə də ciddi ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]