Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin devizi –“Yüksək səviyyədə təhsil “

Oxunma sayı: 177
3-03-2021, 20:36

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin devizi –“Yüksək səviyyədə təhsil “

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyevadır.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur.
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin devizi –“Yüksək səviyyədə təhsil “
Kollecdə son illərdə qazanılan uğurlar, burada tələbələrin yüksək səviyyədə təhsil alması üçün görülən işlər gərgin əməyin, zəngin təcrübənin məhsuludur. Elə ilk tanışlıqdan hiss edirsən ki, Kollecdə əlverişli təhsil mühiti formalaşdırılıb, hər şey uğurlu nəticəyə hesablanıb.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin drektoru Rüxsarə xanım Əliyeva bizimlə söhbətində Kollecin son illər əldə etdiyi uğurlardan danışdı:
“Təhsil işçilərinin, müəllimlərin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır.Hər bir təhsil alan eyni zamanda vətəndaş kimi yetişməlidir.Dövlətinə, millətinə, milli-mənəvi dəyərlərinə, xalqına sadiq olmalı, milli vətənpərvər ruhunda yetişməlidir.Bizim məqsədimiz Kollecdə məhz belə vətəndaşların, kadrların yetişməsini təmin etməkdir. Bunun üçün əlimizdən gələn hər şeyi edirik, tələbələrin yüksək səviyyədə təhsil alması üçün əlverişli mühit yaradırıq.

Dərslərimiz ən müasir üsullarla keçirilir, imtahanlarda maksimum şəffaflığı təmin etmişik. Təsadüfi deyil ki, son illər qazandığımız uğurlar Təhsil nazirliyi tərəfindən də yüksək qiymətləndirilir.

Kollecdə müxtəlif tədbirlər təşkil edilir, tələbələrin hərtərəfli formalaşması üçün layihələr həyata keçirilir. Çox şadıq ki, bu gün kollecimizdə təhsil sistemi ən yüksək səviyyədə qurulub, çəkdiyimiz gərgin əmək artıq öz bəhrələrini verməyə başlayıb və eyni zamanda imtahan proseslerinin şəffaflığı üçün açıq qapı elan etdik və imtahan prosesi valideynlərin nəzarəti qismində keçirildi .”

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir. Son illər kollecin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, tədrisdə istifadə olunan avadanlıqlar müəyyən qədər təzələnib, ixtisaslaşmış kompüter kabinələri yaradılıb, kabinet və sinif otaqlar yenilənib. Bütün ölkədə olduğu kimi, bu kollecdə də təhsilin məzmununda dəyişikliklər aparılıb. Kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə orta ixtisas təhsilinin standartları və buna müvafiq yeni tədris planları və proqramları hazırlanıb.

Biz də Rüxsarə xanım başda olmaqla kollecin bütün kollektivinə uğurlar arzulayırıq. Uğurlarınız bol olsun.

Paylaş
Xəbər lentİ