Daha bir ilk, daha bir örnək, daha bir nümunə! - Deputat Jalə Əliyeva

Oxunma sayı: 165
3-03-2021, 13:11

Daha bir ilk, daha bir örnək, daha bir nümunə! - Deputat Jalə Əliyeva

Ölkə Prezidenti, Xalqının Qalib və Müzəffər oğlu, Xilaskar Lideri cənab İlham Əliyev bu ilin fevral ayının 26-da qanlı, insanlıq adına utanc olan Xocalı soyqırımının 29-cu ildönümü günündə 35-dən çox yerli və xarici media təmsilçisi üçün keçirdiyi 4 saatlıq brifinqlə nələrə qadir olduğunu, hansı Zirvədə dayandığını bütün dünyaya, düşmənə də, onun qanlı havadarlarına da, elə dostlarımıza da bir daha nümayiş etdirdi.

4 saat ərzində 35-dən çox KİV təmsilçisinin müsbət və mənfi tutumlu, birbaşa və sətiraltı 50-dən çox sualını, özü də 4 dildə, cavablandırmaqla növbəti ilkinə imza atdı, dünya siyasətçiləri və liderləri üçün daha bir nümunə, örnək oldu.

Növbəti Dərs, növbəti Tarix!
Daha bir Qələbə, daha bir Zəfər!
Daha bir ilk, daha bir örnək, daha bir nümunə!
Qələbə ardınca Qələbə, Zəfər ardınca Zəfər!
İlham Əliyev Əfsanəsi, İlham Əliyev Dastanı!

44 günlük tarixi və möhtəşəm İkinci Vətən Müharibəsinin, Qələbəmizin, Zəfərimizin davamı, siyasi, diplomatik, ideoloji müstəvidə və elə bütün müstəvilərdə növbəti müjdəsi! Qoyulan suallar və onlara verilən əhatəli, məzmunlu, birmənalı və net cavablar İlham Əliyev qüdrətinin, fitrətinin, qabiliyyətinin və qalibiyyətinin təcəssümü, aynası oldu. Bir daha və bir daha qürur duyduq.

Üstəlik acılı bir günümüzdə qəlbimizə səpilən su, hələ də qaysaq bağlamamış yaramıza bir məlhəm oldu, acımızı, göz yaşlarımızı durduran, azaldan bir dərman, yaramıza çəkilən bir sığal oldu. Biz də sevindik, dost da sevindi... Düşmən isə bir daha kədərə, ələmə qərq oldu, ağır və sağalmayacaq mənəvi-siyasi Zərbə aldı. Onun qanlı havadarları da eyni ilə sarsıdıcı, öldürücü Zərbənin dadını daddı.

Bildi ki, artıq qarşısında 90-ci illərdəki zəif, müdafiəsiz, taleyin acı ümidinə buraxılan Azərbaycan deyil, güclü, Qalib, Müzəffər, Lider Azərbaycan və onun Qalib, Müzəffər, Örnək, Nümunə Lideri var. Bildi ki, artıq Azərbaycanla bir daha cəngi-cidaya çıxmaq, onunla güc, zor, diktə, təhdid dilində danışmaq olmaz, mümkün də deyil! “Domokl qılıncı” kimi başlar, başları üzərində asılan “Dəmir Yumruq” var! “Dəmir Yumruq” da elə həmənki, əvvəllki yerində, gücündə, əzimdədir!

Bəli, 4 saatlıq müsahibədə, brifinqdə hər kəs dərsini götürdü, payını aldı. Təbii ki, söhbət bir işarədən anlayanlardan gedir... Anlamayanlar da özləri bilsinlər, özlərindən küssünlər, öz acı aqibətlərini yaşamaqda davam etsinlər... Özləri bilər... Biz öz yolumuzda, öz işimizdəyik. Yolumuz da, Əzmimiz də, Haqqımız da, Hədəfimiz də bəlli!

Biz münaqişənin başa çatdırılması üçün, ədalətli həllini tapması üçün tam 32 il gözlədik. Bizim niyyətimiz hər zaman aydın və səmimi oldu.

Ölkə Prezidentinin də dediyi kimi, Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik.
Ancaq Ermənistan hökuməti danışıqlar yoluyla bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində olmadığını öz əməlləriylə ortaya qoyduqdan sonra, ötən ilin iyul, avqust aylarında Azərbaycana qarşı bir sıra hərbi təxribatlar törətdikdən sonra, bu əməllərin davamı kimi xüsusilə də sentyabr ayında törətdiyi təxribatdan sonra biz təbii ki, adekvat cavab verməli olduq.

Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, cənab Prezident birmənalı olaraq bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar, dedi. Daha sonra davam etdi: "Həmin sənəd Ermənistanın baş naziri tərəfindən imzalanıb. Ağdamın bir hissəsi, Kəlbəcər və Laçın boşaldılacaq. Biz müharibəni dərhal dayandırdıq."

Özünün də dediyi kimi, Azərbaycan Prezidenti öz sözünə əməl etdi. Necə ki, hər zaman hər bir Sözünə, Vədinə əməl edib!

Cənab Prezident, "Ancaq bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi", deyə bir daha vurğuladl.

Biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır.

Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır.

Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır.

Bəli, Ali Baş Komandanın bir daha və bir daha bəyan etdiyi kimi, biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik.

Ona görə də xəbərdarlıq edildi, bir daha xəbərdarlıq edirik ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır.

10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və bundan sonra sülh tədricən, addım-addım regiona gələcək.

Bəli, bu, bizim birmənalı və dəyişməz, həm də Qalibiyyət mövqeyimizdir!


Jalə Əliyeva

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
Komitəsinin sədr müavini

Paylaş
Xəbər lentİ