Icra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO

Oxunma sayı: 1 171
25-01-2021, 11:10

Icra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO

Yevlax İcra Hakimiyyətinin inzibati binasında oğurluq olub.

Reportaj.tv-yə rayondan verilən məlumatda deyilir ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin külli miqdarda pulu oğurlanıb. Başçının köməkçisinin otağından 50 min manat yoxa çıxıb. Hadisə ilə bağlı rayonda böyük ajiotaj yaranıb. Dərhal şübhəli şəxslərin axtarışına başlanıb. Pulları götürən şəxs ehtiyyatlı davransa da kameralara yaxalanıb və şəxsiyyəti müəyyən edilərək həbs edilib. Rəhbərliyin halal pulunu çırpışdıran şəxs elə İcra Hakimiyyətinin öz işçisi olub. Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmmədov günahını etiraf edib. Cinayətin üstü açılsa da icra başçısının tapşırığı ilə hadisənin ictimaiyyətə sızmasının qarşısının alınması üçün möhkəm tapşırıq verilib. Bunun isə səbəbləri var. Əvvala hadisənin özü və cinayətin törədilməsi suallar doğurur. İlk əvvəl o ağıla gəlir ki, icra başçısının müavini olan Ceyhun Kərimxanovun kabinetində bu boyda nəğd pul haradandır? Son zamanlar belə iri həcmdə olan pulları ancaq Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi rüşvətxor icra başçılarının və müavinlərinin otağından çıxarılarkən görmüşük. Məlum olmuşdu ki, icra başçıları işsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb ediblər, əməkhaqqı kartlarına köçürülən pulları mənimsəyiblər. Bundan əlavə, onlar rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçiriblər. Eləcə də rayonda yeni inzibati binaların tikintisinə ayrılan dövlət vəsaitlərini dədə malı kimi həzmi rabedən keçirmişdilər. Həbs edilən başçılar və müavinləri həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar almışdılar. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldıqları vəsaitlər də daxil idi. Görəsən Yevlax İH-də oğurlanan pulların mənşəyi haradandır? Əgər İcra Hakimiyyəti bu məlumatın gizli qalmasını istəyirsə, demək bu oğurluq pulun da mənşəyi naməlumdur. Mənbənin bildirdiyinə görə Elnur Məmmədov pulun mənbəyindən xəbərdar imiş. Yəni pulun hansı iş adamından , hansı şəraitdə, nə səbəbə alındığını bilirmiş. Fikirləşib ki, rüşvət pulu olduğu üçün oğurluğun üstü açılsa belə ona söz deməyə cürət etməzlər. Ancaq görünür ki, memarlığın mütəxəssisi yanılıb. Biri var çertyoj cızasan, biri də var oğurluq edəsən. Bacarmadığı işdən yapışıb deyə özünü yandırıb. Əvvəlcə Yevlax Rayon Məhkəməsi Elnur Məmmədov haqqında həbs qəti imkan tədbiri seçmək istəməyib. Amma sonra Apelyasiya şikayətindən sonra Elnur Məmmədov haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Hər bir halda bütün bu işlər kiçik bir rayonda böyük söz-söhbətə səbəb olub. İndi gözləyək Yevlaxdan rəsmi şəxslərin rəsmi açıqlamasını. Yoxsa adamın gümanı çox yerlərə gedir.

Paylaş
Xəbər lentİ