Əsgərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA

Oxunma sayı: 955
5-12-2020, 18:12

Əsgərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA

Sentyabrın 27-də cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verərək Qarabağ uğrunda başladığımız haqq savaşında rəşadətli Azərbaycan Ordusu qısa bir zamanda tarixi Qələbə qazandı.

44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələrə endirərək, onları 27 ildir işğal etdikləri torpaqlarımızdan əbədi qovdular. Bu gün Qələbə sevincini bizlərə yaşadan qazilərimiz izdihamla qarşılanaraq doğulduqları el-obaya qayıdırlar.

Amma vətən yolunda canını fəda edən igidlərimiz də çoxdur. Hətta səhhətində problemi olan əskərlər də olub ki, birbaşa cəbhə bölgəsinə yollanıblar.

REALXEBER.ORG Kaim.az-a istinadən bildirir ki, həmin əskərlərdən bir də 1993-cü il təvəllüdlü Əliyev İlkin Yaşar oğludur. Müharibə başlayandan 3 gün sonra könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə gedib.

Postda olanda yaxınlıqda düşən mərmidən və partlayışdan sonra şəkəri yüksəlib. Anası Nərminə Əliyeva deyir ki, yalnız halı pisləşəndən sonra zabitləri bilib ki, İlkin şəkərli diabet xəstəsidir.

Koma vəziyyətində onu Gəncəyə, sonra Kür qəsəbəsinə gətirirlər.

Sonra müalicəsi "Neftçilər” xətəxanasında davam etdirilir. Komadan çıxır. Hərbi hospitala gətirilir və bir daha cəbhəyə can atsa da "yararsız” diaqnozu qoyulur.

İlkin bundan bərk əsəb keçirir. Ayağa qalxan kimi cəbhəyə gedəcəyini deyir.

Lakin səhhəti imkan vermir. Son dəfə halı pisləşəndə onu Sabunçudakı 3 saylı xəstəxanaya aparırlar.

Nərminə xanım da, İlkinin atası Yaşar Əliyev də narazılıq edirlər ki. Burada həkimlər xəstə qazi ilə maraqlanmırlar. Yaxşı baxmırlar:”Soyundurub uzatmışdılar, soyuqdan uşaq göyərmişdi.”

Həkimə 5 telefon nömrəsi verirlər ki, komendant saatına görə evə gedirlər. İlkinin halında dəyişiklik olsa xəbər versinlər.

21 noyabrda səhər tezdən Nərminə Əliyeva xəstəxanaya gedəndə ona deyirlər ki, İlkin keçinib.
Əsgərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
Qazinin meyitini 50 manat aldıqdan sonra valideyninə verirlər.

Hazırda Şixlinski küşəsi 13, mənzil 95-də yaşayan ailə həm həkimlərin cəzalanmasını istəyir. Həm də İlkinin şəhidlik statusu ilə bağlı narahat olduqlarını deyirlər.

P.S. Qarşı tərəfi dinləyə biləik.

Paylaş
Xəbər lentİ