“Qarabağ: rayon və şəhərlərin tarixi ” kitabı çap olundu

Oxunma sayı: 63
17-11-2020, 18:37

“Qarabağ: rayon və şəhərlərin tarixi ” kitabı çap olundu
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Qarabağ bölgəsinə daxil olan rayon, şəhər və qəsəbələrin tarixinə aid yeni kitabı çap edilib. Kitabda Azərbaycanın Qarabağ bölgəsinə aid rayon və şəhərlərin qədim tarixi, sözlərin toponimkası, etimalogiyası və digər məsələr araşdırılıb. Kitabda qeyd edilir ki, Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Qarabağın rayon və şəhərlərinin keçmişinə və müasir dövrünə nəzər salan kitabda ilk olaraq Qarabağ bölgəsinin qısa tarixi və mənası izah edilib. Kitabda, Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Füzuli, Kəlbəcər, Xocalı, Əsgəran, Ağoğlan, Xocavənd və Ağdərənin tarixi keçmişi barədə ətraflı məlumatlar əks edilib. İşğala qədər və işğaldan sonrakı dövrü, ermənilərin ekoloji, mədəni və arexoloji terroru barədə məlumatlar da kitabda geniş tədqiq edilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Paylaş
Xəbər lentİ