Polis adının layiqlı daşıyıcısı Ucar rayon Polis şöbəsinin rəisi Eldar Paşayev...

Oxunma sayı: 486
17-11-2020, 00:23

Polis adının layiqlı daşıyıcısı Ucar rayon Polis şöbəsinin rəisi Eldar Paşayev...

Polisə olan hörmət dövlətə olan hörmətdir.
Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


102 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir.

Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir.
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasındakı çıxışlarının birində müstəqilliyimizin ilk illərində AXC -- Müsavat hakimiyyəti dövründə polis özbaşınalığına münasibət bildirərkən demişdir: “Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi.

Buna rəğmən Ucar rayon Polis Şöbəsinin rəisi polkovnik cənab Eldar Paşayevin rayonda qanun pozuntularına qarşı ciddi fəaliyyətini vurğulamaq olar. O, bütün dünyada baş qaldıran korona virus pandemiyasına qarşı Ucar rayonunda da tibb sahəsinə köməkliyini əsirgəmir. Eldar Paşayev 3 ildir ki, Rayon Polis Şöbəsində fəaliyyəti zamanında rayon ərazisində narkomaniyaya, rüşvətxorluğa və müxtəlif cinayətkarlığa qarşı ciddi mübarizəsi ilə göz önündədir.

Ölkəmizin müharibə şəraiti dövründə də polkovnik Eldar Paşayevin Ucar rayonunda sabitliyin qorunmasında, Ordumuza, yaralı əsgər və zabitlərimizə dəstək olması Azərbaycan polisi adına bir şərəfdir.

Eldar Paşayev mütəmadi olaraq rayon əhalısı ilə görüşlər keçirir və onların problemləri ilə yaxından tanış olub onlara mənəvi dəstək olur.

P.S. Təqdirə layiqdir ki, Respublikamızda Polis fəaliyyətində Eldar Paşayev kimi kadrlar var.
Redaksiyamız adından Ucar Rayon Polis Şöbəsinin rəisi polkovnik cənab Eldar Paşayeva sonsuz təşəkkürümüzü bildiririk.
Sevinc Məmmədova

Paylaş
Xəbər lentİ