Türkiyədə koronavirusdan daha 88 nəfər ölüb

Oxunma sayı: 41
12-11-2020, 21:45

Türkiyədə koronavirusdan daha 88 nəfər ölüb


Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 88 nəfər ölüb.

REALXEBER.ORG xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 148 482 şübhəli koronavirus testindən keçib, onlardan 2841-nin cavabı pozitiv çıxıb, 2181 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3230 nəfər olub.

Türkiyədə indiyədək 404 894 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 233 nəfər ölüb.

Paylaş
Xəbər lentİ