Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü

Oxunma sayı: 35
12-11-2020, 20:18

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü


Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.[/i][i]


Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Paylaş
Xəbər lentİ