realxeber.org
realxeber.org

Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb

13-07-2019, 12:40 11 dəfə baxılıb

Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb

Dünən axşam saatlarından indiyədək Lənkəran sakinindən xəbər yoxdur.
APA  bildirir ki, rayonunun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu idman zalına getmək üçün dünən evdən çıxıb və qayıtmayıb. 

Əvvəllər belə halın baş vermədiyini və ailəsində ciddi bir problem yaşamadığını qeyd edən gəncin valideynləri çox narahatdırlar. 
İtkin düşmüş oğlanın qohumu bildirib ki, dünən məşqdən saat 18:00-da çıxan Rüfəti saat 20:00-da şəhərdə görüb və onu maşını ilə evə aparmaq istəsə də, o, başqa işi olduğunu əsas gətirərək evə getməyib.
Onun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. Şəkildəki gənci görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA