realxeber.org
realxeber.org

Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR

12-07-2019, 17:27 13 dəfə baxılıb

Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR
Cəmi 1-2 saat smartfonun ekranından yayılan mavi işığın gecə təsiri kifayət etdi ki, laboratoriya sınaq siçanları şirniyyat yeyənə çevrilsin və diabet olsun.

Medicina.az xəbər verir ki, smartfonun diabet riski yaratdığını sübut edən tədqiqat Fransa və Niderland alimləri tərəfindən aparılıb.

İnsan gözünün qişası telefon ekranının mavi işığına çox həssasdır və bu işığı alan göz baş beyinə siqnal göndərir. Bu siqnal isə iştaha cavabdeh hissəni qıcıqlandırır.
Tədqiqat zamanı neyribioloqlar siçanlara gecə vaxtı smatrfon işığına məruz qoyaraq, onların qida seçimi və gün ərzində toxuma və qanda qlükoza səviyyəsinə diqqət yetiriblər.

Alimlər müəyyən edib ki, cəmi 1-2 saat mavi işığın təsirindən siçanların toxumalarında qlükozaya həssaslıq artıb, onlar preddiabet mərhələyə giriblər.
Səhəri siçanların qarşısına normal qida, adi su, donuz piyi və şirin su qoyulub. mavi işığın təsirinə məruz qalmış siçanlar digər qalmayan siçanlara nisbətən 2 dəfə çox şirin su içiblər.

Bu nəticələr aydın göstərir ki, gadjet, smartfon və digər texniki vasitələrin gecə ekranından yayılan mavi işıq orqanizin şəkərə reaksiyasını dəyişir, insanı şirniyyata meyilləndirir, toxumalarda qlükoza həssaslığını çoxaldır. Nəticədə insan daha çox şəkər tələb edərək, diabet mərhələsinə qədəm qoyur. Bu effect daha çox kişi cinsində müşahidə olunur.

Əvvəlki tədqiqatlarda sübut olunmuşdu ki, gecəyarı bir neçə saat smartfon işlədənlərdə piylənmə baş verir.

Alimlər məsləhət görür ki, təcili olaraq və işi ilə bağlı gecələr telefon və noutbukda çalışanlar xüsusi tətbiq yükləyərək telefonun mavi işığını narıncı rəngə dəyişsinlər və ya xüsusi filtedici eynək taxsınlar. Bu eynəklər artıq satışda var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA