realxeber.org
realxeber.org

Fazil Məmmədovdan xəbər var

12-07-2019, 16:16 12 dəfə baxılıb

Fazil Məmmədovdan xəbər var

Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyada əməliyyat olunub.


Realxeber.org -ın əldə etdiyi məlumata görə, sabiq nazir Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit və xəstəliyindən əziyyət çəkir.


Bildirilir ki, iyul ayının əvvəlindən Almaniyada olan olan keçmiş nazir ayın 6-da cərrahi müdaxiləyə məruz qalıb. Hazırda vəziyyəti stabildir.


Həkimlər bildirib ki, o daimi həkim nəzarətində olmalı, mədəaltı vəziyə yığılan iltihab vaxtaşırı təmizlənməlidir.
Buna görə də, keçmiş nazirin hələ bir müddət Almaniyada qalacağı gözlənilir.


Qeyd edək ki, F.Məmmədov eyni problemlə Gəncə Beynəlxalq Xəstəxanasında da müalicə qəbul etmişdi. Görünür, Azərbaycanda aldığı müalicə sabiq nazirin səhhətinin düzəlməsi üçün yetərli olmayıb və o, Almaniyada əməliyyata yollanıb.


Keçmiş nazirin səhhətində kəskin pankreatit xəstəliyi səbəbindən tez-tez iltihab yaranır. Müalicə prosedurları ilə daxili orqanlarda yaranan həmin iltihab mütəmadi təmizlənsə də, bu prosedur yetərli olmayıb və əməliyyata zərurət yaranıb.


Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. (bakupost)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA