realxeber.org
realxeber.org

Bakıda güclü yanğın -SON DƏQİQƏ - VİDEO

12-07-2019, 11:43 13 dəfə baxılıb

Bakıda güclü yanğın -SON DƏQİQƏ - VİDEO

Bakının Yasamal rayonunda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, Bakının Moskva prospektində, "Şamaxinka” adlanan ərazidə qeydə alınan yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Vətəndaşlar bu qara tüstüdən təşvişə düşüblər. Əraziyə yanğınsöndürən maşınların getdiyi bildirilir.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Xİdmətdən BAKU.WS-ə bildirilib ki, ərazidəki quru ot sahəsinda yanğın baş verib.

Yanğın çox güclü olduğu üçün ətrafa yayılma təhlükəsi yaranıb.

İkinci çağırışla əraziyə cəlb edilən yanğınsöndürənlər alovu ram ediblər və yanğın söndürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA