realxeber.org
realxeber.org

Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO

11-07-2019, 12:06 12 dəfə baxılıb

Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO
Baş Dövlət Yol polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının ərazisində xidmət aparan yol polisləri qadının həyatını xilas edib.

Realxeber.org Avtosfer.az-a istinadan xəbər verir ki, tağımın əməkdaşları Anar Alışov və Asif Əzimov xidmət aparan zaman yol kənarında dayanmış "Qazel" markalı mikroavtobusun sürücüsü Zəka Kəlbizadə onlara əl edərək saxlamalarını istəyir. YPX əməkdaşları avtomobili saxlayıb nə baş verdiyi ilə maraqlanırlar.

Məlum olur ki, sərnişinlərdən biri Biləsuvar rayonu Xırmandalı kənd sakini Günel Abbaslının vəziyyəti pisləşib. YPX əməkdaşları dərhal qadını patrul avtomobilinə qoyaraq Cəlilabad rayon xəstəxanasına çatdmaq istəyiblər. Lakin yolda qadının vəziyyətinin daha da pisləşdiyini görən yol polisləri Alar kəndindəki tibb məntəqəsinə dönüblər. Orada qadına ilkin tibbi yardım göstərildikdən sonra yol polisləri yenidən patrul avtomobili ilə qadını Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra qadının həyatı riski aradan qalxıb.

Qeyd edək ki, hadisələr patrul avtomobilində olan kamera vasitəsiyə qeydə alınıb. Görüntüləri təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA