realxeber.org
realxeber.org

Rus general təcili görüş üçün Azərbaycana gəldi

10-07-2019, 13:35 14 dəfə baxılıb

Rus general təcili görüş üçün Azərbaycana gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.


Realxeber.org "İnterfaks"a istinadən xəbər verir ki, Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uoltersləgörüşəcək.


Bununla yanaşı, V.Gerasimov Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.


Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüb.


Xatırladaq ki, Rusiya Baş qərargahının rəisi ilə ABŞ, habelə NATO komanları arasında bundan əvvəl də Bakıda dəfələrlə danışıqlar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA