realxeber.org
realxeber.org

Azərbaycan Mərkəzi Bankı dollar kreditləri ilə bağlı məlumat yaydı

9-07-2019, 17:56 12 dəfə baxılıb

Azərbaycan Mərkəzi Bankı dollar kreditləri ilə bağlı məlumat yaydı

Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yerli banklara 215 milyon ABŞ dolları dəyərinə qədər, xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla istiqrazlar satmağa hazırdır.

Report xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı bildirilib.

Məlumatda deyilir ki, dollar kreditlərinin manata çevrilməsindən sonra bankların valyuta mövqeyini qorumaq üçün nəzərdə tutulmuş qiymətli kağızlar artıq dövlət qeydiyyatına alınıb və banklardan müraciətlər daxil olduqca onlara satılacaq. Hələ ki, belə bir müraciət olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA