realxeber.org
realxeber.org

"Şəbnəmin, Damlanın Günaydan nəyi əskikdir?"

5-07-2019, 16:25 17 dəfə baxılıb

"Şəbnəmin, Damlanın Günaydan nəyi əskikdir?"

"Şəbnəmin, Damlanın Günaydan nəyi əskikdir? Günaydan artıqdılar. Xalq boşuna pul verib, onları toya aparmır. Canlı sənət göstəriblər toyda. Günay toyda nə oxuyur?".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı lent.az-ın canlı yayımında deyib. Sənətçi Günay İbrahimlinin trenddə olan müğənnilər haqqında dediyi "Trendə düşməyi heç istəmirəm. Orada olan müğənnilər sırasında olmaqdansa, sənəti ataram. Özümü onların sırasında görmürəm. Savadlı musiqi deyil bunlar. Onu musiqi adlandırmıram. Biabırçılıqdır onlar" sözlərinə münasibət bildirib:

"Gəlsin "Ana" muğamı oxuyaq. Mahnıların şahı muğamdır. Demirəm, mən yüksək oxuyanam, amma toyda segah, muğam oxuyuram. Mən Günayın toylarda oxuduğu estradanı oxuya bilirəm. Nənəm də estarada oxuyar, ən asan janrdır. Amma muğam, aşıq oxumaq üçün boğaz lazımdır. Bir ayda 4 səfərdə olmuşam. Hər gün toyum var. Mənə efirdən toy gəlmir. Toydan toy tutmuşam. Pisəm mən?".

Afət onu şantaj etdiklərini də deyib:

"Bir nəfər deyib ki, Afətlə bağlı görüntülər lazımdır, onun bir qüsurun tapıb yayaq. Nə tapacaqsınız məndən? Kiminsə ərindən niyə uşaq dünyaya gətirim ki, başıma qaxınc olsun? Mənə subay oğlan qəhətdir? Kiminsə ərini əlindən almışam?

Səhvim olub, aydan arı, sudan duru deyiləm. 21 yaşımda səhvim olub. Efirə baxıb eyni həyatı yaşayanları görmüşəm, anlamışam ki, pisdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA