realxeber.org
realxeber.org

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara davam edir

5-07-2019, 13:49 22 dəfə baxılıb

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara davam edir

Covanni Kaprara - 01-03 avqust 2019-cu il tarixlərində Braziliyada təşkil olunan Olimpiya təsnifat mərhələsində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara davam edir. “D” qrupunda mübarizə aparacaq yığmamızın baş məşqçisi Covanni Kaprara hazırlıqdan və təsnifat mərhələsindəki rəqibləri haqqında danışdı:

Artıq iki həftədir ki, hazırlıqlara başlamışıq. Bir məşqçi olaraq məni iki məslə düşündürür. İlk olaraq biz komanda olaraq birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq. Olimpiya təsnifat oyunlarında rəqiblərimiz haqqında isə bunu deyə bilərəm ki,  Brazilya millisinin təqdimata ehtiyacı yoxdur, Dominikan Respublikasının yığma komandası son illər çox irəliləyib, Kamerun komandası da Dünya çempionatında pis təsir bağışlamadı. Bir sözlə bizim üçün çətin olacaq. Buna baxmayaraq qrup mərhələsini keçməyə çalışacağıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA