realxeber.org

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır

7-08-2020, 18:48

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır

Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Bu barədə Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.
Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.
İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 120}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]