realxeber.org
realxeber.org

Məktəb direktorlarına XƏBƏRDARLIQ

28-06-2019, 11:11 35 dəfə baxılıb

Məktəb direktorlarına XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlayıb.

Mərkəzdən  verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidir.

Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun" dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA