realxeber.org
realxeber.org

Güləşçimiz əsəbiləşib rəqibinə qapaz vurdu - VİDEO

27-06-2019, 11:18 154 dəfə baxılıb

Güləşçimiz əsəbiləşib rəqibinə qapaz vurdu - VİDEO

Minskdə baş tutan güləş yarışlarında tamaşaçılar gərgin mübarizənin şahidi olub.

Realxeber.org xəbər verir ki, Azərbaycanı təmsil edən Camaləddin Məhəmmədov 125 kq çəkidə mübarizəyə qoşulub.

Güləşçimiz 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.


Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. 1/2 finalda gürcü güləşçi Givi Matçaraşvili ilə qarşılaşan Camaləddin əsəblərinə hakim ola bilməyib. Təmsilçimiz kobud rəftara görə rəqibinə qapaz vurub. Vəziyyəti yaxşı analiz edən hakim gürcü idmançının təxribat etdiyini görüb və ona xəbərdarlıq edib. Görüşün sonunda gürcü idmançı 4:2 hesablı qələbə qazanıb.

Ancaq iyunun 26-da baş tutan üçüncü yer uğrunda qarşılaşmada Rumıniya idmançısına vaxtından əvvəl qalib gələn Məhəmmədov komandamıza ikinci bürünc medalı qazandırıb. (Baku ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA