realxeber.org
realxeber.org

İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

26-06-2019, 12:38 123 dəfə baxılıb

İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

Mingəçevirdə içki məclisində qətl törədilib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, "Energetik” yaşayış massivində bir qrup şəxs arasında düşən dava ölümlə nəticələnib.
Qadınların da yer aldığı məclisdə şəxsiyyəti hələ müəyyənləşdirilməyən ev sahibi ilə qonaqlardan biri – Zülfüqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib.

Nəticədə ev sahibi döyülərək çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silaha əl atıb. Bu zaman qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıblar. Qarışıqlıq vaxtı silahdan açılan atəş nəticəsində güllə "İncilli Akif” təxəllüslü şəxsə dəyib, o, hadisə yerindəcə ölüb.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA