realxeber.org
realxeber.org

"Minsk 2019": Azərbaycanın 2 cüdoçusu yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB-2

24-06-2019, 15:00 37 dəfə baxılıb

"Minsk 2019": Azərbaycanın 2 cüdoçusu yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB-2

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxtı Minskdə keçirilən Avropa Oyunlarında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, Uşanqi Kokaurinin (+100 kq) ardından qadın cüdoçu İrina Kindzerska (+78 kq) 1/4 finalda Sara Edlinqtondan güclü olub. Onun yarımfinaldakı rəqibi belaruslu Marina Slutskayadır.

90 kq çəki dərəcəsindəki Məmmədəli Mehdiyev 1/4 finalda türkiyəli Mikayıl Özerlərin, 100 kq çəki dərəcəsindəki Elmar Qasımov isə Cyrille Maretin müqavimətini qıra bilməyib. Onlar təsəlliverici görüşdə qüvvələrini sınayacaqlar.

Mehdiyev isveçrəli Siril Qrossklausla, Qasımov isə monteneqrolu Danilo Pantiçlə üz-üzə gələcək.

Qeyd edək ki, Kokauri yarımfinalda rusiyalı İnal Tasoyevlə qarşılaşacaq.

13:48***

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək.

Azərbaycanın digər cüdoçularına gəlincə, Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda yerli idmançı Yahor Varapayevi, ardınca fransalı Aurelian Diesseni üstələyib. O, 1/4 finalda Mikayıl Özerlərlə qarşılaşacaq.

100 kq-da mübarizə aparan cüdoçulardan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitkini, ardınca isə estoniyalı Qriqori Minaskini məğlub edib. O, 1/4 finalda fransalı Cyrille Maret ilə üz-üzə gələcək. Eyni çəkidəki Zelim Kotsoyev isə ilk olaraq serbiyalı Boyan Doseni məğlub etsə də, daha sonra Belçika təmsilçisi Toma Nikiforovla bacarmayıb.

Qadın cüdoçu İrina Kindzerska (+78 kq) isə 1/8 finalda almaniyalı Jasmin Kuelbsi məğlub edərək 1/4 finala yüksəlib. O, 1/4 finalda Böyük Britaniyadan olan Sara Edlinqton görüşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA