realxeber.org
realxeber.org

Türkiyə millisi Dünya çempionuna futbol dərsi keçd

9-06-2019, 10:52 75 dəfə baxılıb

Türkiyə millisi Dünya çempionuna futbol dərsi keçd

AÇ-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutub.

A qrupunda Çexiya Bolqarıstanı qəbul edib və əzmkar qələbəyə sevinib. Kosovo isə Monteneqronun qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib.

B qrupunda Litva Lüksemburqla, lider Ukrayna isə Serbiya millisi ilə qarşılaşıb. Litvadakı oyun heç-heçə yekunlaşıbsa, ukraynalılar serbləri 5 cavabsız qolla məğlub ediblər.

F qrupunun favoriti sayılan İspaniya millisi səfərdə Farer adalarının qonağı olub və darmadağına sevinib. İsveç də Maltanı 3 cavabsız qolla məğlub edib. Norveç isə Rumıniya ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Bu gün isə 3-cü turun qalan oyunları keçirilib. Azərbaycan milli komandası da bu gün turnirdə 2-ci oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstanı qəbul edib və növbəti məğlubiyyətinə üzülüb. Qrupun digər matçında isə Uels səfərdə Xorvatiya ilə qarşılaşıb. Xorvatlar bu görüşdə qələbə qazanıblar.

C qrupunda Almaniya səfərdə Belarus üzərində inamlı qələbəyə sevinib. Estoniya isə doğma meydanda Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirib və meydanı məğlub tərk edib.

Turun maraqla gözlənilər qarşılaşmasında son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşıb. Hər iki komanda turnir çərçivəsində keçirdiyi iki oyunda qələbə qazanmışdı. Liderlərin duelində “ay-ulduzlular” tarixi qələbəyə imza atıblar.

İtaliya yığması isə səfərdə Yunanıstan üzərində darmadağına sevinib./Komanda.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA