realxeber.org
realxeber.org

Yerli valyutada olan əmanətlərə maraq artıb

8-06-2019, 21:20 10 dəfə baxılıb

Yerli valyutada olan əmanətlərə maraq artıb

Əhalinin yerli valyutada olan əmanətlərə marağı artıb
Fiziki şəxslər tərəfindən ölkədə fəaliyyə göstərən kommersiya banklarına yerləşdirilən əmanətlərin həcmi 1 may 2019-cu il tarixinə 8 mlrd. 715 mln. manat təşkil edib.

“Finans.az” xəbər verir ki, bu, 1 aprel tarixi ilə müqayisədə 4,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,6% çoxdur.

Fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin 3 mlrd. 621 mln. manatını milli valyutada olan əmanətlər, 5 mlrd. 93,9 mln. manatını xarici valyutada olan əmanətlər təşkil edib.

Ay ərzində yerli valyutada yerləşdirilən əmanətlərin həcmi 9,8%, xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 1,04% artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA