realxeber.org
realxeber.org

Hedva Ser: Azərbaycan musiqisini çox sevirəm

6-06-2019, 17:28 31 dəfə baxılıb

Hedva Ser: Azərbaycan musiqisini çox sevirəm

Bu axşam musiqinin sehrli gücünün şahidi olduq. İstedadlı musiqiçini dinlədik. Sənətinə heyran oldum. Fidan Hacıyevanın öz üslubu, ecazkar, soprano səsi var. O, səsindən ustalıqla istifadə etməyi bacarır.

Bu fikirləri Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsertin dinləyicisi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan musiqisini çox sevir. “Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərə qatılıram. Artıq mədəniyyətinizi yaxşı tanıyıram. Bir çox azərbaycanlı müğənniləri, müxtəlif musiqi janrlarının sintezini dinləmişəm, xüsusilə də muğam-caz sintezi gözəldir. Bu axşam klassik musiqi konsertindən xüsusi həzz aldım. Fidan Hacıyeva peşəkar müğənnidir. Dinləyicilərin zövqünü oxşadı. Ümumiyyətlə, Azərbaycan Mədəniyyət Mərkəzinə məmnuniyyətlə gəlirəm. Bilirəm ki, burada keçirilən tədbirlər həmişə yüksək səviyyədə təşkil olunur”, - deyə H.Ser vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA