realxeber.org
realxeber.org

Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar

20-05-2019, 11:22 40 dəfə baxılıb

Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar

Qardaş Türkiyədə səfərdə olan Azərbaycan qaziləri, hərbi yönümlü QHT təmsilçiləri Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.
Samsun şəhərində düzənlənən iftar mərasimindən sonra Azərbaycan təmsiçiləri R.T.Ərdoğana iki qardaş ölkənin prezidentlərinin portretini və digər hədiyyələri təqdim ediblər. Görüşdə xatirə şəkilləri çəkilib.

Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün Türkiyənin Samsun şəhərinə səfər edib. Azərbaycan heyətinə Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin qaziləri, Əfqanıstan müharibəsi iştirakçılarının təmsilçiləri, hərbiyönümlü jurnalistlər və s. daxildir.

Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar

Heyətimiz Türkiyə Prezidenti Administrasiyasının və Samsun Büyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb. (Turkustan.info)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA