realxeber.org
realxeber.org

Bakıda oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT

20-05-2019, 10:45 98 dəfə baxılıb

Bakıda oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Realxeber.org -ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Nardaran qəsəbəsində yanğınla bağlı müraciət daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildəki yanğını söndürüb. Bu zaman ev sahibəsi, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları nümayəndələri qadının boğularaq öldürüldüyünü və daha sonra meyitinin yandırıldığını, evə alovun da qadının yandırılması zamanı keçdiyini müəyyənləşdirilib.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin qadının oğlu Bağırov Tahir Cəfər oğlu tərəfindən törədildiyi aşkarlanıb və o tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Tahir Bağırov Nardaranda anasına məxsus olan evin həyətini satmaq istəyib. O, 4-5 sotluq ərazini satmaq üçün anasını dilə tutub. Lakin qadın torpağı satmaq istəmədiyini və alqı-satqı müqaviləsinə qol çəkməyəcəyini deyib. Anasını inadından döndərə bilməyən oğul onu boğaraq öldürüb və daha sonra meyitini yandırmaq qərarına gəlib.

Bildirilir ki, hadisəni törədən Tahir Bağırov işsiz olub. Hadisə zamanı onun həyat yoldaşı işdə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmlar davam etdirilir.(publika)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA