realxeber.org
realxeber.org

Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu - VİDEO

19-05-2019, 17:30 144 dəfə baxılıb

Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu - VİDEO

Pop-kraliça Madonnanın “Eurovision-2019” yarışmasının finalında “Fələstin” mesajı qalmaqala səbəb olub.

Sənətçi bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib.

Madonna repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb.

Yaranmış qalmaqallı olayla bağlı yarışmanın təşkilatçıları açıqlama yayıblar. Onlar bildiriblər ki, Madonnanın çıxışı zamanı bayraqların nümayişi Avropa Yayım Şurası və İsrail Milli Teleradio şirkəti ilə razılaşdırılmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA