realxeber.org
realxeber.org

Sosial şəbəkədə tanış olduğu qadını intim fotolarını yaymaqla hədələdi - 10 min manatlıq iş

18-05-2019, 17:30 61 dəfə baxılıb

Sosial şəbəkədə tanış olduğu qadını intim fotolarını yaymaqla hədələdi - 10 min manatlıq iş

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Elvin İsmayılov Ali Məhkəməyə müraciət edib.

Realxeber.org ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə may ayının 22-də keçiriləcək.

İttihama görə, Elvin İsmayılov tanışı olan Mehriban Verdiyevadan (ad və soyad şərti verilib) şantaj edərək pul tələb edib.

O, Mehriban ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Mehribanı şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacaq, onu biabir edəcəyi ilə hədələyib.

Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Mehribandan 10 min manat pul tələb edib.

Daha sonra Mehriban Verdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA