realxeber.org
realxeber.org

Azərbaycan millisinin baş məşqçisi təyin olundu

18-05-2019, 11:26 46 dəfə baxılıb

Azərbaycan millisinin baş məşqçisi təyin olundu

İtaliyalı Covanni Kaprara voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Realxeber.org report.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin adı Qızıl Avropa Liqası sifariş vərəqəsinə daxil edilib. O, bu postda səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyib.
Kapraraya həmyerlisi Marsello Çervellin, eləcə də Famil Ağayevlə Emin Abilov kömək edəcəklər. Onun yığmanın baş məşqçisi təyin olunacağı xəbərini dünən İtaliya mətbuatı yazmışdı.

Qeyd edək ki, Azərbaycan millisi mayın sonlarında Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. Komanda ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq. Yığma 23 avqust – 8 sentyabrda Türkiyənin İstanbul şəhərindəki Avropa çempionatında Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə eyni qrupda yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA