realxeber.org
realxeber.org

Rusiyadan Türkiyəyə inanılmaz "S-400" mesajı - Moskva Ankaranı seçim qarşısında qoydu?

15-05-2019, 15:52 403 dəfə baxılıb

Rusiyadan Türkiyəyə inanılmaz "S-400" mesajı - Moskva Ankaranı seçim qarşısında qoydu?

Son günlər “S-400” məsələsi ilə bağlı Türkiyə, Rusiya və ABŞ ətrafında cərəyan edən hadisələr diqqət çəkir. Vaşinqton Ankaradan “S-400” müdafiə sistemlərinin alınmasını təxirə salmağı təklif, bəzi hallarda isə tələb edir. Bir neçə gün əvvəl bəzi mənbələrdə Türkiyənin bu təklifi ciddi şəkildə nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb.

Maraqlısı budur ki, bu iddialardan sonra Suriyanın İdlib şəhərinə hücumlar intensivləşib. Hökumət qüvvələri İdlibə bir neçə kilometr yaxınlaşıb. İdlibə hərbi müdaxilənin əleyhinə olan Türkiyənin hücumları pisləyən bəyanatlar səsləndirməsini başa düşmək olar. Ankarada yaxşı başa düşürlər ki, İdlibə hərbi müdaxilə Türkiyəyə qaçqın axınına səbəb olacaq. Bəzi ekspertlər hesab edir ki, İdlibə hücumların intensivləşməsi məhz birbaşa Rusiyanın göstərişi ilə baş verir. Fikir belə əsaslandırılır ki, Moskva bu addımı ilə Ankaraya mesaj vermək istəyir:

“Sən ABŞ-ın təklifini qəbul edib “S-400”lərin alınmasını təxirə salsan, mən də səni qaçqın hücumu ilə qarşı-qarşıya qoyaram”.



Hər halda, Ankaranın növbəti qaçqın axınını qəbul edəcək əvvəlki tək qüvvəsi qalmayıb. Çünki Türkiyənin daxili və xarici siyasətdə kifayət qədər həll edilməli olan problemləri var. Üstəlik, hökumətin olduqca ciddi yanaşdığı İstanbul seçkiləri ərəfəsində qaçqın axınının Türkiyədə yarada biləcəyi qarışıqlıq Ərdoğan adminstrasiyasının əleyhinə işləyə bilər.



Bundan əlavə, İdlibə hücum Suriya müxalifətinin Türkiyədən üz döndərməsi ilə nəticələnəcək. Çünki müxalifləri digər bölgələrdən çıxıb İdlibə toplanmasına razı salan məhz Ankara olub. Analitiklərin fikrincə, Ankaranın onları müdafiə edəcəyi ilə bağlı zəmanəti də olmamış deyil. Yoxsa illərdir Bəşər Əsədə qarşı döyüşən müxalifət, zəbt etdiyi ərazilərdən birdən-birə niyə çəkilsin ki? Müxalif qüvvələrin Türkiyədən üz döndərməsi Ankaranın Suriyada mövqeyinin zəifləməsinə təsir göstərəcək. Bu, hazırda Suriyada güclü mövqedə olan Türkiyə üçün arzuolunan deyil. Ankara İdlib hücumlarından sonra, əvvəlki mövqeyində qaldığını- “S-400”ləri almağı təxirə salmaq niyyətində olmadığını bir daha bəyan etdi. Bu üzdən, analitiklər bu açıqlamadan sonra İdlibə hücumların səngiməsini təsadüf saymırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA