realxeber.org
realxeber.org

Abort qadağan OLUNDU - QANUN

15-05-2019, 15:22 35 dəfə baxılıb

Abort qadağan OLUNDU - QANUN

ABŞ-ın Alabama ştatının senatı abortun ştat səviyyəsində qadağan olunması ilə bağlı qanun qəbul edib.

Hamiləliyin müdaxilə yolu ilə dayandırılmasının qadağan edilməsini 25 senator dəstəkləyib, altı nəfər isə əleyhinə çıxıb. Qanuna görə, zorlama və insest (yaxın ailə üzvləri ilə cinsi əlaqə) qurbanlarına belə uşağı düşürməyə icazə verilməyəcək.

Qadağanın qüvvəyə minməsi üçün sənəd respublikaçı qubernator Key Ayvi tərəfindən imzalanmalıdır. Ancaq mühafizəkar qubernator abortun qatı əleyhdarlarından olduğundan onun qadağanı təsdiqləyəcəyi gözlənilir.

Bu qərar yerli feministlərin ciddi narazılığına səbəb olub. Yaxın zamanda ştatda kütləvi etiraz aksiyalarının keçiriləcəyi istisna edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA