realxeber.org
realxeber.org

Azərbaycanda bu şəxslərin maaşları artılacaq

15-05-2019, 13:30 51 dəfə baxılıb

Azərbaycanda bu şəxslərin maaşları artılacaq

"Azərbaycanda psixoloqların maaşlarının artırılması üçün diaqnostik qiymətləndirmə keçiriləcək” .

Realxeber.org xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov15 may Beynəlxalq Ailə Gününə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planlar hazırlanır: "Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA