REALXEBER.org
 Valyuta məzənnəsi

Pərvinin sevgilisinin müəmmalı şəkildə ölən qardaşı Fərhad Abdullayevin qohumudur? - RƏSMİ AÇIQLAMA

Tarix:4-01-2020, 14:27

Pərvinin sevgilisinin müəmmalı şəkildə ölən qardaşı Fərhad Abdullayevin qohumudur? - RƏSMİ AÇIQLAMA

Bəzi mətbuat orqanlarında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğlunun öldürülməsi ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, müəmmalı ölən Cavid Abdullayev Fərhad Abdullayevin doğma qardaşının oğludur.

Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov Trend-ə açıqlamasında məlumatı təkzib edib.

T. Aslanov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını deyib:

“Bildirmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin cəmi bir qardaşı var. Onun adı Cavad Abdullayevdir, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Cavad Abdullayevin isə iki oğlu var - Sahib və Rüstəm. Hadisədə adları çəkilən şəxslərin isə heç biri Fərhad Abdullayevin qohumu deyil. Yayılan məlumatlar tam əsassızdır”.

Xatırladaq ki, bəzi saytlarda aktrisa Pərvin Abıyevanın sevgilisi Murad Abdullayevin qardaşı Cavid Abdullayevin öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, C.Abdullayev Fərhad Abdullayevin qardaşı oğludur.

Oxunub: 11



XƏBƏR LENTİ