realxeber.org
realxeber.org

“Real” səs-küylü transferlə bağlı qərarını Bakıdakı finaldan sonraya saxladı

14-05-2019, 10:30 28 dəfə baxılıb

“Real” səs-küylü transferlə bağlı qərarını Bakıdakı finaldan sonraya saxladı

Belçika millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar karyerasını İspaniyada davam etdirəcək.
Məlumata görə, futbolçu Madridin “Real” klubuna keçəcək.

E.Azarın keçidi mövsümün son qarşılaşması olacaq Avropa Liqasının Bakıdakı finalından sonra açıqlanacaq. “Çelsi”nin digər İngiltərə klubu “Arsenal”la görüşü belçikalının “zadıganlar”ın heyətində son matçı olacaq.

“Real” rəhbərliyi həm futbolçunun özü, həm də “Çelsi” ilə razılıq əldə edib. İspaniya təmsilçisi futbolçu ilə 6 illik müqavilə imzalayacaq. E.Azarın keçidi London klubuna 100 milyon avro qazandıracaq.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi 2012-ci ildən “Çelsi”də çıxış edir.ona.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA