realxeber.org
realxeber.org

“Vəziyyət çox pisdir" - Niyə kliplər çəkilmir?

9-05-2019, 13:04 42 dəfə baxılıb

“Vəziyyət çox pisdir" - Niyə kliplər çəkilmir?
Azərbaycanda son vaxtlar klip bazarında canlanma müşahidə olunmur. Müğənnilərimiz klip çəkdirmirlər.

Klip bazarındakı hazırki vəziyyəti araşdırdıq:

Redaktor.az-a açıqlama verən rejissor Pənah Eldaroğlu bildirdi ki, yerli ifaçılar klip çəkdirən zaman pul verməyə çəkinirlər:

"Son 10 ildə klipə pul ayıran müğənni yoxdur. Klip sifariş edənlər də qiymətlə razılaşmırlar. Büdcə çıxarıram 10 000 manat. Deyir, maksimum 2 000 manat verə bilərəm. Bu pul heç kameranın icarəsini ödəmir. Ona görə də çəkilən kliplər keyfiyyətsiz olur. Son bir ildə isə klip bazarında canlanma var.
Müğənnilərin içərisində ən çox klip çəkdirən Xatundur".

Rejissor Nail Naiboğlu isə klip bazarının yaxşı vəziyyətdə olduğunu bildirdi:

”Bir müddət, ümumiyyətlə klip çəkdirən yox idi. Buna səbəb isə televiziyaların klipləri yayınlanmamasıdır. Efirə gedən klip ancaq reklam yolu ilə yayımlanır. Əvvəllər ancaq bir televiziyada klip gedirdi. Orada da qiymət elə idi ki, hər sənətçi onu ödəyə bilmirdi. Həm də hər klipi efirdə yayımlamırdılar. Amma indi MTV, "Youtube" kanalları var. Aygün, Röya, Faiq klip çəkdirir, işimiz artıb. Bizdə klipdən pul qazanmırlar. Türkiyə şou-biznesində də vəziyyət eynidir".
Rejissor Natiq Novruzov Redaktor.az-a vəziyyətin acınacaqlı olduğunu dedi:

"Vəziyyət çox pisdir, bərbad gündədir. Əgər, 5 il bundan öncə Röyanın klipləri baxılırdısa, indi heç o da yoxdur. Ona görə də biz, artıq klip bazarında çalışmırıq. Ancaq kinolar çəkirik”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA