realxeber.org
realxeber.org

Nazir şöbə müdirini işdən çıxardı

8-05-2019, 15:12 95 dəfə baxılıb

Nazir şöbə müdirini işdən çıxardı.

Biləsuvar Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov işdən çıxarılıb.

Realxeber.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, 8 fevral 2019-cu il tarixində Neftçala rayonunda Təhsil naziri Ceyhun Bayramov tərəfindən keçirilən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlar ilə bağlı vətəndaş müraciətləri araşdırılıb, müraciətlərdəki faktlar təsdiqini tapıb.

Bununla əlaqədar Təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA