realxeber.org
realxeber.org

Ekspertdən məktəblərə SƏRT İRAD

1-05-2019, 17:22 14 dəfə baxılıb

Ekspertdən məktəblərə SƏRT İRAD

Orta məktəblərimiz poliqonu xatırladır. Məncə, bütün anlaşılmazlıqlar Dünya Bankının vəsaiti hesabına hazırlanmış kurikulumlardan sonra başladı. Bu sənəd hələ də mistik bir alət kimi qalmaqdadır. Kurikulumlar məktəblə cəmiyyət arasında qarşıdurma yaratdı.

Sonxeber.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev bildirib.

Ekspertin fikrincə, yeni kurikulumların tətbiqi ilə bağlı keçirilən qəbul imtahanlarının nəticələrinin təhlili yaxşı heç nə vəd etmir:

"Sanki hamı yorulub. Orta məktəbləri inkişaf etmiş ölkələrdə uşaqların təhsilinə cavabdehlik daşıyan müəllimlər, məktəb rəhbərliyi və valideynlərin məktəbə münasibətində müəyyən harmoniya mövcuddur.

Bizdə harmoniya pozulub. Qınaq obyekti Təhsil Nazirliyidir. Ali təhsil tamamilə yaddan çıxıb. Tələbə qəbulundan sonra orta məktəblərdəki gərginlik bir qədər səngiyir. Tədris ilinin sonuna yaxın isə gərginlik pik həddə çatır. Tərbiyə paradiqması tamamilə unudulub. Məktəblərin normal ahəngdə işləmisi üçün bu paradiqma tədrislə qoşa qanad təşkil etməlidir".

E.Əliyev bildirib ki, məktəbə gətirilən istənilən yeni qaydalar ajiotaja səbəb olur:

"Dinin tədrisi ideyasını da buna misal göstərmək olar. Bütün bunlar onu göstərir ki, məktəbi kənar təsirlərdən, dezinformasiyalardan qorumaq lazımdır. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA