realxeber.org
realxeber.org

"Qəbələ" "Qarabağ"a qarşı - Yenilənir

23-04-2019, 16:32 58 dəfə baxılıb

"Qəbələ" "Qarabağ"a qarşı - Yenilənir

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edir. Ağdam təmsilçisi bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gəlib.

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Premyer Liqamızda uğursuz mövsüm keçirilən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır. "Zirə" tarixində ilk dəfə yarımfinalda oynayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək.


23 aprel (çərşənbə axşamı)

16:00.“Qəbələ” – “Qarabağ” - 0:0 (Birinci hissə)
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30.“Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA